• $
  • €
  • ₽
  • ₺
  • £

London, Nyu-York, Amsterdam və Bakı su altda qalacaq - SOS!

London, Nyu-York, Amsterdam və Bakı su altda qalacaq - SOS!
01.11.2014 16:33
2070-80-ci illərdən sonra dünyada nələr baş verəcək? Bu, hər kəs üçün maraqlıdır. Axı alimlər qlobal istiləşmə ilə bağlı çoxdandır ki həyəcan təbili çalırlar. Xüsusilə də buzlaqların əriməsi ilə bağlı təhlükə yaranacaq. Bəzi şəhərlər, hətta dövlətlər okean sularının altında qalacaq.

 Problemlə məşğul olan institutların mütəxəssisləri rəqəmlərlə bağlı fərqli proqnozlar verirlər. Bəziləri dünya əhalisi üçün təhlükənin yalnız 300-400 il sonra yaranacağını iddia edir. Ancaq rahatlıq üçün əsas yoxdur. Hər il təbii fəlakətlərin sayı artır, havanın temperaturu isə əvvəlkinə nisbətən əhəmiyyətli dərəcədə yüksəlir. Dünyanı Nuh peyğəmbərin vaxtındakı kimi su basacağına inananların sayı çoxalır. Bəs mütəxəssislər nə deyir? Potsdam Universitetinin proqnozu Almaniyanın Potsdam Universiteti uzun illərdir qlobal istiləşmənin təsirlərini öyrənməklə məşğuldur.Universitet mütəxəssislərinin iddiasına görə, 2100-cü ilədək dünya okeanının səviyyəsi buzlaqların əriməsi nəticəsində 0,75 - 1,5 metr qalxacaq. Dünya okeanının səviyyəsinin qalxması nəticəsində Los-Anceles, Hamburq, Amsterdam, Sankt-Peterburq və digər meqapolislər su altında qalacaq. İtaliya Venesiyasını isə bu təhlükə 2050-ci ilədək gözləyir. Çin Xalq Respublikasının da sahilyanı əraziləri su altda qalacaq. Bu halda Rusiyanı ikinci təhlükə gözləyəcək – 72 milyon çinli su altda qalmış ərazilərdən Rusiyaya qaçacaq. Bu qədər qaçqın axınının qarşısını almaq çətin olacaq. Rus alimlərinin proqnozu Rusiyalı alimlərin proqnozuna görə, 2100-cü ilədək dünya okeanının səviyyəsi 1,4 metr qalxacaq. Nəzərə alaq ki, okean səviyyəsinin hətta 10 santimetr qalxması belə təhlükəlidir, nəticələr acınacaqlı ola bilər. Burada isə söhbət 1,4 metrdən gedir. Belə olacağı təqdirdə, bəzi dövlətlər öz mövcudluğunu itirəcək. Buraya Hind okeanındakı Maldiv adaları, Sakit okeandakı Tuvalu adaları kimi. Hindistanın Kəlküttə şəhəri də su altında qalacaq. London, Şanxay, Nyu-York şəhərləri isə su altda qalmamaq üçün 150 milyard dollar xərc çəkməli olacaq.Asiyadan 100, Avropadan 14 milyon insan qaçqın düşəcək. Rusiyanın özünə gəldikdə, Sankt-Peterburq şəhəri, Yamal adası, Murmansk vilayətinin əhəmiyyətli hissəsi su altda qalacaq.  “National Geographic”-in proqnozu Ən bədbin proqnozu isə “National Geographic” verib. Düzdür, burada dəqiq vaxt göstərilməyib. Bilinmir dünyanı min ildən sonra tam su basacaq, yaxud 150-200 il sonra… Onların proqnozuna görə, buzlaqların əriməsi nəticəsində dünya okeanının səviyyəsi 65 metr qalxacaq. Havanın illik temperaturu 14 dərəcədən 26 dərəcəyədək yüksələcək.Şimali Amerikada Florida, Argentinada Buenos-Ayres, həmçinin Uruqvay və Paraqvay kimi ölkələr su altında qalacaq.Avropada isə Britaniya, Niderland, Danimarkanın böyük bir hissəsi, o cümlədən İtaliya Venesiyası məhv olacaq. Xəzər dənizində də su qalxacaq.  Nəticədə, Volqoqrad, Həştərxan, Kalmıkiya Respublikası, Rostov vilayəti su altda qalacaq. Dağıstan və Türkmənistan ərazilərinin xeyli ərazisi itəcək.  Bakı və Kür sahili ərazilərin hamısı su altda qalacaq (Publika.az).ANN.Az 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol