• $
  • €
  • ₽
  • ₺
  • £

Nurməhəmmədov UFC-yə ultimatum verdi

Nurməhəmmədov UFC-yə ultimatum verdi
12.10.2018 10:13
Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov UFC ilə müqaviləni pozmaqla hədələyib.

Anews.az Oxu.Az-a istinadən xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə öz Instagram səhifəsində yazıb:

"Niyə siz onların komandası avtobusa hücum edəndə və bir neçə insanı yaralayanda heç kimi qovmadınız. Axı onlar kimisə orda öldürə bilərdi. Niyə heç kim vətənimin, dinimin, millətimin, ailəmin təhqir olunması haqda heç nə danışmır.

Hər iki komanda dalaşdığı halda, niyə siz məhz mənim komandamı cəzalandırmalısınız? Əgər siz deyirsinizsə ki, davanı məş başlamışam, bununla razı deyiləm. Mən sadəcə başlanılanı bitirmişəm.

İstənilən halda, məni cəzalandırın. Burda Zübeyrə Tuxuqovun (onun çeçen sparrinq tərəfdaşı) nə günahı var?

Siz düşünürsünüzsə ki mən susacağam, səhv edirsiniz. Siz Zübeyrənin döyüşlərini təxirə saldınız və onu qovmaq istəyirsiniz. Yalnız ona görə ki o, Konora zərbə vurub. Bu Konorun mənim digər Qardaşımı vurmasından sonra olub. Kamerada hər şey görünür.

Onu da bilin ki, siz də məni onlarla birgə itirirsiniz. Bizdə – Rusiyada özümüzünküləri atmırlar. Mən öz Qardaşıma görə sonadək gedərəm. Siz onu qovmaq qərarına gəlmisinizsə, onda mənə də pozulmuş müqaviləni göndərməyi unutmayın. Əks halda özüm onu pozacağam.

Bir də göndərmədiyiniz qonorarımı unutmamışam. Ola bilər ki, özünüzə götürürsünüz. Yalnız baxın ki, o sizin boğazınızda qalmasın. Biz öz şərəfimizi qorumuşuq və bu ən əsas məsələdir. Qardaşlara görə biz sonadək gedəcəyik”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol