• $
  • €
  • ₽
  • ₺
  • £

Ordumuz Qarabağa girəndə... - Rusiyadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ

Ordumuz Qarabağa girəndə... - Rusiyadan Ermənistana GÖZLƏNİLMƏZ ZƏRBƏ
12.10.2018 16:43
Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının komandiri, general-mayor Tiqran Parvanyan erməni jurnalistlərin "Azərbaycan Qarabağda hərbi əməliyyata başlayarsa, o zaman vahid qruplaşma bizə kömək edəcəkmi” sualı qarşısında çaşıb.

Publika.az xəbər verir ki, erməni general "Biz rəqibimizin kim olduğunu bilirik, lakin hadisələrin necə inkişaf edəcəyini bilmirik. Mən yalnız deyə bilərəm ki, Allah eləməsin, lazım olacaqsa, vahid qoşun qruplaşması öz vəzifəsini yerinə yetirəcək” deyə bildirib.

Erməni şərhçi Tevos Arşakyan isə yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi vahid qoşun qruplaşmasının da vəzifəsi Qarabağda baş verə biləcək hər hansı müharibəyə qarışmamaqdır: "Hərçənd, vahid qoşun qruplaşması yaradılanda bizi inandırmağa çalışırdılar ki, qruplaşmanın nizamnaməsində buraxılan boşluqlar Qarabağda müharibə zamanı Ermənistana kömək etməyə hesablanıb. Biz buna inanmırdıq, lakin indi buna tamamilə əmin olduq. Erməni general bununla bağlı suala açıq şəkildə cavab verə bilmirsə, bu, o deməkdir ki, Qarabağ müharibəsində tək qalacağıq”.

Arşakyan qeyd edir ki, burada günahkar Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyidir.

"Onlar bilirdilər ki, bu qruplaşma Qarabağ müharibəsində Ermənistana kömək etməyəcək, əksinə, erməni əsgərlərin bu qruplaşmada olması bizim ordumuzun canlı qüvvəsinin azalması deməkdir. Lakin onlar Kremldəki sahiblərinin qarşısında razılaşdılar. Hər kəs yaxşı bilir ki, hərbi addımlar zamanı vahid qruplaşmanın komandanlığı avtomatik olaraq Rusiyaya keçir. Bu, nizamnamədə də var. Qarabağda hərbi eskalasiya zamanı isə ruslar kənarda dayanacaqlar”, - deyə o bildirib.

Erməni şərhçi iddia edir ki, Rusiya Ermənistanı Qarabağı müdafiə etmək gücündən məhrum edir: "Çünki bu qruplaşma Rusiyanın İrana, Türkiyə, yaxud Gürcüstana qarşı gələcək planlarına hesablanaraq yaradılıb. Halbuki, qruplaşmanın tərkibində erməni hərbi birləşmələri var və erməni əsgərlər Qarabağ müharibəsində iştirak edə bilməyəcəklər. Bu, onu göstərir ki, Qarabağda müharibə olacaqsa, Ermənistanın döyüşmək gücü də azalır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol