Jirinovski canlı yayımda ağzından qaçırtdı – VİDEO

Rusiya "S-600” və "S-700” hava hücumuna qarşı müdafiə komplekslərinə malikdir.
Publika.az xəbər verir ki, bu haqda Rusiyanın Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski oktyabrın 11-də "Vladimir Solovyevlə axşam” tok-şousunun efirində bildirib.
O, Rusiyanın "S-300” zenit raket sistemlərinin Suriyaya çatdırılmasının diplomatik nəticələri haqqında danışıb.
"Amerikalılar bütovlükdə qorxurlar ki, bütün dünya onların ən yaxşı müdafiə sistemləri olduğunu görəcək. Və bizdə "S-400”, "S-500”, "S-600” və "S-700” var. Bütün planeti bağlaya bilərik və heç bir təyyarə havaya qalxmayacaq”, - siyasətçi deyib.
"Siz birdən "S-1500” qorxunc sistemdən danışacaqsınız”, - aparıcı bildirib.
"”S-700” hələ son deyil”, - liberal demokratların lideri cavab verib.
www.anews.az
























