• $
  • €
  • ₽
  • ₺
  • £

"Əhməd məni öldürmək, qanımı batırmaq istəyir" - "Emirates Airline" in prezidentiinin sabiq arvadı - FOTO

"Əhməd məni öldürmək, qanımı batırmaq istəyir" - "Emirates Airline" in prezidentiinin sabiq arvadı - FOTO
15.10.2018 10:48
Səudi jurnalist Camal Haşoqqinin itkin düşməsindən, yoxa çıxmasından sonra qorxuram. Onlar hər şeyə, ən qorxulu əməllərə qadirdirlər.

Birləşmiş Ərəb Əmirliklərinin şeyxi Əhməd bin Səid əl Məktumun sabiq arvadı, 41 yaşlı Nivin əl Ğəmal belə deyir.

Əl Ğamalın şeyxlə izdivacından 10 yaşlı oğlu var.

Qadınının dediyinə görə, əl Məktum onu öldürmək istəyir.

BƏƏ-nin "Emirates Airline" aviaşirkətini rəhbəri olan 59 yaşlı şeyxin mətbuat katibi isə iddiaları qətiyyətlə rədd edib.

Səudi jurnalist, rəsmi Ər-Riyadı sərt tənqid etməsi ilə tanınan Camal Haşoqqi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olub. O vaxtdan bəri jurnalist yoxa çıxıb.

41 yaşlı Nivin əl Ğəmal qorxur. Onun sözlərinə görə, Londonun Belqraviya səmtində yerləşən, 4 milyon funt-sterlinq dəyərindəki evinə od vurub yanğın törədənlər də sabiq ərinin adamlarıdır.

"Yanğından bir qədər əvvəl evin yaxınlığında şübhəli davranan 3 naməlum kişi görünüb. Bu adamları sabiq ərimin yolladığına əsla şübhə etmirəm. Evimin dörd mərtəbəsinin hamısı yanıb", - əl Ğamal söyləyib.

Məşhur memar ser Metyu Uaytın layihəsi əsasında tikilmiş ev əvvəllər "Ceyms Bond"un müəllifi Yan Fleminqə məxsus olub.

Sabiq əri Dubay əmirinin əmisi olan əl Ğamal təşvişdədir: "Səudiyyə Ərəbistanı kimsəni hesaba almadan davranır, istədiyi adamı yoxa çıxarır. Birləşmiş Ərəb Əmirlikləri də belədir. Qorxuram ki, növbəti Haşoqqi mən olum".

Şeyx Əhməd bin Səid əl Məktumla Nivin əl Ğəmal 2004-cü ildə Dubayda tanış olublar, 2006-cı ildə ailə qurublar. 2008-ci ildə onların oğulları dünyaya gəlib.

Səid 2008-ci ildə Los-Ancelesdə doğulandan sonra ərlə arvad arasında münaqişələr başlayıb. Şeyx Əhməd oğlunun atasının o olmadığını söyləyib və arvadından ayrı yaşamağa başlayıb. 2008-ci ildə isə o, əmisinin nəvəsi ilə evlənib.

Əl Ğamal məhkəməyə müraciət edərək DNT ekspertizası tələb edib. Ekspertiza Səidin atasının Şeyx Əhməd olduğunu təsdiqləyib.

Məhkəmənin qərarına görə, şeyx Əhməd sabiq arvadına hər ay 15 min funt-sterlinq aliment ödəməli idi./milli.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol