• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada bu pendirdən cəmi 45 ton istehsal olunur – VİDEO

Dünyada bu pendirdən cəmi 45 ton istehsal olunur – VİDEO
17.10.2018 14:00
Türkiyədə istehsal olunan "Divle Obruk” pendiri dünyanın bir çox ölkəsində süfrələrin ən dadlı nemətinə çevrilib.


Bu pendir Karamanda hazırlanır. Karamanda keçi və qoyun südündən hazırlanan pendir həm də çox çətin istehsal prosesi keçir.

Pendirin daha ləzzətli və keyfiyyətli alınması üçün onu fərqli coğrafi şəraiti olan Karaman meşəsindəki mağarada saxlamaq lazımdır. Həmin mağaza 36 metr dərinlikdə, 250 metr uzunluğundadır. Mağaranın temperaturu və rütubəti isə hər saat dəyişkən olduğu üçün orada saxlanılan pendiri quzu dərisində qoyurlar.

Pendirin tutulması may ayından başlanılmalıdır. Dəriyə doldurulan pendir 5 ay saxlanılmalıdır. Pendir 5 aydan sonra tam hazır olur. Dəri isə 5 ay sonra qırmızı rəng alır.


Türkiyənin özündə belə həmin məhsul az tapılır. Çünki bu pendir ildə bir dəfə hazırlanır. Ancaq həmin mağarada hazırlandığı üçün onu ildə bir dəfə 45 ton istehsal edirlər. Çünki mağaranın tutumu 45 ton olur. Lakin Türkiyəyə bu pendirdən ildə 800 ton sifariş gəlir.


Bu səbəbdən də, təmiz "Divle Obruk” pendiri çox baha olur. Lakin dünyanın müxtəlif ölkələrində bu ad altında pendir satışına rast gəlmək olur. Alıcıların çoxu isə həmin məhsulların əslində "Divle Obruk” pendiri olmadığını bilmir./baku.ws
 





www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol