• $
  • €
  • ₽
  • ₺
  • £

Peskov Putinlə Tramp arasındakı münasibətdən danışdı

Peskov Putinlə Tramp arasındakı münasibətdən danışdı
19.10.2018 21:30
"Heç bir münasibət Vladimir Putini öz hədəflərindən yayındıra bilməz".

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın 1-ci kanalına müsahibə verərkən deyib. O, federasiya başçısı Vladimir Putinin digər ölkələrin siyasi liderləri ilə olan şəxsi münasibətlərindən danışarkən ABŞ lideri Donald Trampla olan münasibətlərin üzərində xüsusi ilə dayanıb:

"Prezidentlərin arasında olan münasibət cəmiyyətə, xüsusilə də KİV-ə olduğu kimi yansımır. Bunun səbəbi Putinlə Trampın hələ bir-birinə olan münasibətinin özlərinin də hiss etməmisidr. Buna mane olan bir çox səbəblər var. Son vaxtlar ölkə başçıları arasında aparılan müzakirələrin mahiyyəti, Rusiya və ABŞ-ın liderlərinin ünsiyyəti nəticə olaraq real addımlarda öz əksini tapmır. Bu, əlbəttə, ümidləri boşa çıxaran faktdır. Amma bu o demək deyil ki, vəziyyət gərgindir".

Peskov əlavə edib ki, dövlət başçıları arasında əlaqələrin nə qədər dərin olduğunu ölçmək çətindir:

"Putin heç bir halda heç bir həmkarını öz milli maraqlarından imtina etməyə məcbur etmir. Məsələn, Putin və keçmiş Almaniya kansleri Cerard Şröder arasında şəxsi dostluq münasibətləri mövcud idi. Lakin Şröder kansler seçildikdən sonra münasibətlər və şərtlər dəyişdi. Onlar birmənalı şəkildə öz ölkələrinin milli maraqlarına xidmət etməyə başladılar. Hələlik Putin və Tramp arasında xüsusi əlaqələrin qurulması gözlənilmir".

Xatırladaq ki, Putin və Trampın birinci tammiqyaslı danışıqları 16 iyul tarixində Helsinkidə keçib. Prezidentlər iki saat təkbətək söhbət etməyə fürsət tapıblar. Buna qədər isə prezidentlər öz aralarında 2 dəfə şəxsi görüş keçiriblər. Ötən ilin noyabr ayında keçirilən sammitdə iki ölkə başçısı "ayaqüstü" söhbət ediblər. Daha əvvəl isə iyulda baş tutan "G20" sammitində danışıqlar aparıblar.

Peskov hər iki liderin ölkələrinin maraqlarının qorunması çərçivəsində ABŞ və Rusiya arasındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atacaqlarını bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol