6 yaşlı şagirdin müəlliminə dediyi sözlər cinayətin üstünü açdı - FOTO

Müəlliminə "atam çox nadinclik edir" deyən şagird onu şübhələndirib.
Anews.az milli.az-a istinadla xəbər verir ki, 6 yaşlı qız müəlliminin köməkliyi ilə anası işgəncədən xilas edib.
İngiltərənin Yorkşir qraflığının Donkaster şəhərində yaşayan 34 yaşlı Skot Kiiqans xanımının həyatını kabusa döndərdiyinə görə tutulub.
6 yaşlı qız atasından müəlliminə şikayət edərək cinayətin üstünü açıb.
"Atam anamı sevdiyini deyir, amma, onu döyür".
Adı açıqlanmayan qızın müəllimi dərhal polisə xəbər verib. Araşdırmalardan sonra uşağın atası saxlanılıb.
Qadın ifadəsində bildirib ki, həyatı 3 ildir qorxu filmlərinə bənzəyir.
"Xəstəxanaya gedəndə elə bildilər ki, qəzaya düşmüşəm, amma ərimin döyərək məni bu hala saldığını deyəndə onlar dəhşətə gəldilər".
Skot Kiiqans 18 il müddətinə azadlıqdan məhrum edilib.


www.anews.az
























