• $
  • €
  • ₽
  • ₺
  • £

“Yardım çağırdığı zaman...” - Qaşıqçını belə öldürdülər – Şok detallar

“Yardım çağırdığı zaman...” - Qaşıqçını belə öldürdülər – Şok detallar
22.10.2018 09:05
Müxalif jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda boğaraq öldürülməsi təxmin edilir.

Publika.az xəbər verir ki, bu haqda anonim məmura istinadən "ABC News” telekanalı bildirib.

Telekanalın mənbəyi qeyd edib ki, jurnalist diplomatik missiyanı tərk etməyə çalışdığı və yardım çağırdığı zaman öldürülüb. İnformasiyaya əsasən, əvvəlcə jurnalisti öldürməyi planlaşdırmırdılar. Bildirilir ki, Krallıqdan gələn 15 nəfər Qaşıqçını vətənə qayıtmağa inandırmağa cəhd göstərirdi. Görüş zamanı onlar jurnalisti oğurlamaqla hədələyirlər. Qaşıqçı müqavimət göstərməyə və yardım çağırmağa başlayır. Həmsöhbətin sözlərinə görə, qrup təlaşa düşür və əlləri ilə jurnalistin ağzını bağlamağa çalışıblar, amma bu, onun boğulması ilə nəticələnib.

Məmurun sözlərinə görə, Qaşıqçının bədəni ondan qurtulması üçün İstanbulda konsulluqla əməkdaşlıq edən "yerli insan”a verilib.

Daha əvvəl irəli sürülün versiyalara görə, jurnalist işgəncə ilə öldürülüb, daha sonra isə bədənini hissələrə parçalayaraq konsulluq binasından çıxarıblar.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyininin başçısı Adil Əl-Cubeyrinin sözlərinə görə, jurnalisti öldürənlər səlahiyyətlərini aşdılar və səhvlərini gizlətməyə çalışırdılar. Nazir vəliəhd şahzadə Məhəmməd ibn Salmanın cinayətə dair məlumat və məsuliyyətinin olmadığını bildirib. O, deyilənlərin əksinə, Qaşıqçının qətlində iştirak edənlərin şahzadəyə yaxın olmadığını söyləyib.

"Camal Qaşıqçının necə öldürüldüyünü və ya cəsədin harada olduğunu bilmirik. Qaşıqçıya nə olduğunu, həm də cansız bədəninin harada olduğunu öyrənməkdə qərarlıyıq. Hadisəyə görə məsuliyyət daşıyanlar cəzalandırılacaq”, - o vurğulayıb.

Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasına gəlib və bundan sonra itkin düşüb.

Səudiyyə Ərəbistanı hökuməti Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib. Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 vətəndaşı saxlanılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol