• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalistin son görüntüsü - Evlilik həyəcanını yaşayırdı, konsulluqda doğrandı - VİDEO

Jurnalistin son görüntüsü - Evlilik həyəcanını yaşayırdı, konsulluqda doğrandı - VİDEO
22.10.2018 14:00
Oktyabr ayının 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Haşoqqinin son görüntüləri əldə olunub.

Camal Haşoqqi öldürüldüyü günün səhəri hava limanındaykən təhlükəsizlik kameralarına düşüb.

O, onu öldürən şəxslərlə eyni gündə, eyni dəqiqələrdə hava limanında olub. Belə ki, Haşoqqi hava limanından gecə saat 04:07-də, onu öldürən şəxslər isə 04:27-də çıxıb.

Haşoqqi sentyabrın 28-i İstanbula gedərək nişanlısı Hatice Cengiz ilə görüşüb. O, Hatice ilə birlikdə evlilik işlərini tamamlamaq üçün Fatih rayon bələdiyyəsinə yollanıb. Daha sonra sənədləri götürmək üçün Səudiyyənin baş konsulluğuna gedib. O, mobil telefonunu nişanlısına verərək konsulluq binasına daxil olub. 2 saat sonra gülərüz halda binadan çıxıb. Həmin gün axşam təyyarə ilə Londona uçub.



Haşoqqi oktyabrın 2-i (öldürüldüyü gün) yenidən İstanbula gedib. Onu öldürənlər saat 9:55-də konsulluğa daxil olublar. Həmin vaxt Haşoqqi nişanlısı ilə yemək yeyirmiş.



Saat 13:00-da "sənədləriniz hazırdır", deyilərək Haşoqqi konsulluğa çağırılıb. Camal yenə mobil telefonunu nişanlısına verərək içəri daxil olub və bir daha çölə çıxmayıb.

C.Haşoqqi konsulluq binasında döyüləndən və işgəncələrə məruz qalandan sonra şaqqalanıb, cəsədinin tikələri çamadanlara yığılaraq binadan çıxarılıb./milli.az
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol