• $
  • €
  • ₽
  • ₺
  • £

“Səudiyyə Ərəbistanı Camal Qaşıqçının meyitini Türkiyədə kimə verdiyini açıqlamalıdır”

“Səudiyyə Ərəbistanı Camal Qaşıqçının meyitini Türkiyədə kimə verdiyini açıqlamalıdır”
23.10.2018 14:04
 "Səudiyyə Ərəbistanı "Camal Qaşıqçının meyitini Türkiyəyə təhvil vermişik” deyir. Onlar meyiti kimə verdiyini açıqlamalıdır”.

Anews.az "Report”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

Onun sözlərinə görə, hadisələrin gedişatı Camal Qaşıqçının qətlinin planlaşdırılmış şəkildə həyata keçirildiyini deməyə əsas verir.

"Hadisə İstanbulda baş verdiyindən biz də araşdırma aparmağa məcburuq. Səudiyyə Ərəbistanının kralı ilə əlimizdəki məlumatları paylaşdım. Kralın təlimatı üzrə orada araşdırma apardıq. Baş konsulluğun məsuliyyətsizliyini krala söylədim. Onu tutduğu vəzifəsindən azad etdilər. Sui-qəsddən 1 gün sonra krallıq Camal Qaşqıçının konsulluqda öldürüldüyün etiraz etdi. Kral Salman hadisə ilə bağlı 18 nəfərin tutulduğunu bildirdi. Onların adları bizim şübhələndiklərimiz şəxslərlə eyni idi. Ölkəmizin etibarına yönələn bu sui-qəsdlər bizi yolumuzdan döndərə bilməz. Heç kim unutmasın ki bunlar Türkiyənin sərhədləri daxilində baş verir. Vyana konvensiyası da buna yol vermir. Biz bu cinayəti axrıradək araşdıracağıq. Türkiyə bu məsələni təqib edəcək. İndiyədək ortaya çıxan dəlillər göstərir ki, Camal Qaşıqçı vəhşicəsinə öldürülüb. Cinayətin adi bir hadisədən qaynaqlanmadığı, planlı bir qətl olması haqqında əlimizdə dəlillər var. Cinayət günü 15 nəfər niyə İstanbulda toplanmışdı? Onlar kimdən əmr alaraq, bura gəlmişdilər? Cinayət açıq-aşkar ortada ikən niyə onlarca əsassız dəllilər irəli sürülüb? Biz bu suallara cavab istəyirik. Bu məsul şəxs kimdir? Bu sıradan biri deyil. Bu cinayətin məsuliyyətini daşıyanı açıqlamağa Səudiyyə Ərəbistanı borcludur.

Buradan bir çağırış edirəm. Hadisə istanbulda baş verdiyindən tutulan 18 nəfər burada mühakimə edilməlidir”, -deyə o vurğulayıb.

Qeyd edək ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbildakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 29-da Türkiyəyə səfər edəcək. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 22-də telefonla C.Qaçıqçı mövzusunu ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol