• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirin qızı İŞİD yaraqlısı ilə evlənib

Nazirin qızı İŞİD yaraqlısı ilə evlənib
30.10.2014 11:14
Çeçenistanın lideri Ramzan Kadırovun nazirlərindən birinin qızı Səda lüks həyatını geridə buraxaraq, terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) yaraqlısı ilə evlənmək üçün Suriyaya gedib. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, iddiaya görə, İŞİD lideri Əbu Ömər Sədanın evləndiyi yaraqlını öldürərək onu öz həyat yoldaşı edib.Suriya və İraqda ələ keçirdiyi torpaqlarda xilafət elan edən terror təşkilatı İŞİD-in Kobaniyə hücumu əmri verdiyi iddia edilən liderlərindən Əbu Ömər əl-Şişhani uzun müddətdir dünya mətbuatının gündəmindədir. Əbu Ömərin çeçen əsilli həyat yoldaşı Səda Dudurkaeva isə bu günə qədər çox mətbuatda adı keçməyən film kimi bir hekayəyə sahibdir...Məlumatda qeyd edilir ki, Çeçenistan lideri Ramazan Kadırovun naziri Asu Dudurkaevin qızı olan Səda dəbdəbəli bir həyat yaşayırdı. Ancaq gözəlliyi ilə ad çıxaran Səda radikallaşmağa başlamışdı. Gənc qadın internet üzərindən Suriyaya cihadçılara qatılmağa gedən gürçu Hamzatla tanış olub. Hamzat İŞİD liderlərindən Əbu Ömər Şişhaninin sağ qolu idi. Gürcüstanın eyni şəhərində böyüyən Hamzat və Səda həm də uşaqlıqdan qonşuluqda yaşayıblar. Bir gün Hamzat yaralandığında Səda onun yanına getməyə qərar verib. Türkiyədəki vasitəçilərin köməyi ilə Suriyaya gedən Səda geri dönməməyə qərar verərək Hamzat ilə evlənib. Sədanın İŞİD-ə qatıldığı ortaya çıxanda Ramzan Kadırov onun nazir atasını fanatik qızını idarə edə bilmədiyi üçün kabinetdən qovub. Kadırov Sədanın geri dönməsini Çeçenistan üçün bir qürur məsələsi elan edib.O sırada Hamzatın anası Leyla Açişvili oğlu ilə Skype üzərindən əlaqə qurub və onu Suriyada ziyarət etmək üçün razılıq alıb. Çeçen rəhbərliyindəki  səlahiyyətlilər Açişvili ilə ünsiyyətə girərək, Suriyaya gedəndə Sədanı da geri gətirməsini istəyib.Açişvilinin “Daily Beast” saytına verdiyi açıqlamaya görə, Hamzat və Səda olduqca yoxsul idi. Ancaq Açişviliyə görə, Səda bu vəziyyəti əhəmiyyətsiz hesab edir və Hamzat ilə bir-birlərini çox sevirmiş kimi görünürdülər. Açişvili Sədaya ailəsinin onu çağırdığını söyləyincə, gənc qadın Suriyada özünü azad hiss etdiyini və orada öləcəyini deyib.Leyla Açişvili Suriyadan Gürcüstana döndükdən 4 gün sonra Hamzatın ölüm xəbəri gəlir. Hamzat öldükdən sonra Səda da ailəsinin yanına geri dönməyə qərar verir. Ancaq terrorçuların komandirlərindən olan Əbu Ömər Şişhani buna icazə vermir və “bir şəhidin arvadının tək bıraxılamayacağını” iddia edərək, Sədanı özünə həyat yoldaşı edir.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol