"Facebook" 80-dən çox səhifəni sildi

"Facebook" şirkəti İrandan qaynaqlanan 80-dən çox səhifəni silib.
"Biz razılaşdırılmış etibarsız fəaliyyət səbəbindən 82 səhifə, qrup və hesabı ləğv etdik….Onların özləri haqqında etibarlı məlumatı gizlətmək cəhdlərinə baxmayaraq, tərəfimizdən aparılan fərdi yoxlamalar onların fəaliyyətinin İranla bağlı olduğunu göstərdi", - deyə məlumatda qeyd olunub.
www.anews.az
























