Ruslar 37-ci ilin qayıtmasını istəyir

Rusiya əhalisinin yarısı 1930-cı illərdə həyata keçirilmiş Stalin repressiyalarının təkrarlana biləcəyinə inanır. Avropa.info Rusiya mətbuatına istinadən xəbər verir ki, rəyi soruşulan rusların 48%-i bu fikirdədir. Cəmi 25% əmindir ki, bu baş verə bilməz.
Bir çox rusiyalı hesab edir ki, 37-ci il repressiyaları nəinki təkrarlana bilər, hətta lazımdır. Onlar məmurların, daxili və xarici düşmənlərin sərt cəzalandırılmasını tələb edirlər. Repressiyalarsız cəmiyyətdə qayda-qanunun yaradıla bilməyəcəyinə inanırlar.
16% rus isə keçən əsrin 30-cu illərində baş verənləri ümumiyyətlə repressiya saymır.
ANN.Az
























