Helikopter qəzasında klub prezidentinin öldüyü təsdiqləndi

İngiltərə polisi Premyer Liqanın 10-cu turunun "Lester" - "Vest Hem" oyunundan (1:1) sonra meydan sahiblərinin prezidenti Vişay Şrivaddanaprabhanın helikopterinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Faciə nəticəsində klub rəhbəri Şrivaddanaprabhanın da həlak olduğu təsdiqlənib. Lakin əvvəl deyildiyi kimi, onun qızı helikopterdə olmayıb.
Qəzada klub rəhbərindən başqa helikopterdə olan iki pilot və bir sərnişin dünyasını dəyişib.
mənbə: azxeber.com
www.anews.az
























