• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda erməni deputatın toxunulmazlığının ləğvi tələb olunur

Gürcüstanda erməni deputatın toxunulmazlığının ləğvi tələb olunur
31.10.2018 22:00
Gürcüstan prezidentliyinə namizəd Qriqol Vaşadzenin seçki qərargahı erməni əsilli deputat Enzel Mkoyanın toxunulmazlığının ləğv olunmasını tələb edir.

Anews.az report-a istinadən xəbər verir ki, bu barədə "Güc birlikdədir" siyasi birliyinin nümayəndəsi Giorgi Vaşadze bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən gün gecə saatlarında Axalkalaki şəhərində baş vermiş insidentə polis tərəfindən adekvat reaksiya verilməyib: "Axalkalakidəki ofisimizə Gürcü Arzusu Partiyasının üzvü Enzel Mkoyanın adamları soxularaq tərəfdaşlarımızı döyüblər. Həmin adamlar odlu silah və dəyənəklərlə olublar. Enzel Mkoyanın deputat toxunulmazlığı dayandırılmalı və o, mütəşəkkil cinayətkar qrupun başçısı kimi istintaqa cəlb olunmalıdır".

G.Vaşadze deyib ki, birləşmiş müxalifət seçki öncəsi insidentlərin araşdırılması üçün alternativ istintaq qrupu yaradır.

Qeyd edək ki, ötən gün "Güc birlikdədir" müxalif siyasi birliyinin Axalkalakidəki ofisində baş vermiş insident zamanı təşkilatın 4 üzvü döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Müxalifətçilərin döyülməsinə onların müstəqil namizəd Salome Zurabişvilinin plakatlarını cırmalarının səbəb olduğu bildirilir.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı xuliqanlıq maddəsi üzrə cinayət işi açıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol