• $
  • €
  • ₽
  • ₺
  • £

Qaşıqçı cinayətində hər şey açıqlandı: cəsədi ona görə dəfn etmədilər ki…

Qaşıqçı cinayətində hər şey açıqlandı: cəsədi ona görə dəfn etmədilər ki…
01.11.2018 14:15
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı barədə daha bir iddia ABŞ-ın "Vaşinqton Post” qəzetindən gəlib.

Publika.az xəbər verir ki, nəşrə danışan yüksək vəzifəli bir türk səlahiyyətli konsulluqda öldürülən jurnalistin parçalara ayrılan cəsədinin asit turşusunda əridilmə ehtimalının qiymətləndirildiyini bildirib.

Xəbərdə adı gizli saxlanılan səlahiyyətlinin sözlərinə görə, axtarışlar və araşdırmalar zamanı əldə edilən dəlillər də bu tezisi gücləndirir.

"Qaşıqçının cəsədinin dəfn edilməsinə ehtiyac olmadı”, - səlahiyyətli deyib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəsmi orqanları Qaaşıqçının konsuluq binasında öldürüldüyünü etiraf etsələr də, cəsədin harada olduğunu bilmədiklərini söylədilər. Bu isə, cəsədin əridildiyi barədə iddiaları gücləndirir. "Vaşinqton Post”a danışan türk səlahiyyətli isə istintaqı aparan qrupların "yerli işbirlikçi” iddiasını qəbul etmədiklərini vurğulayıb.

Qəzetə danışan ikinci bir türk səlahiyyətli də Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muacibin türk həmkarlarına Qaşıqçının cəsədinə harada olduğuna dair heç bir detal vermədiyini bildirib.

Xatırladaq ki, oktyabrın 31-də İstanbul Respublika Baş prokurorluğu Qaşıqçı cinayəti ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, əvvəlcədən hazırlanan plana uyğun olaraq, jurnalist boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib.

Bildirilib ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.

Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülmüşdü.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol