Çindən qaçırılan Budda heykəlinin içindən keşiş mumiyası çıxdı

22 il əvvəl Çindəki Budda heykəli Honq-Konqa, oradan da Hollandiyaya aparılıb.
"Ölkə.Az” xəbər verir ki, heykəlin içindən 1000 yaşlı bir keşiş mumiyası çıxıb. Heykəlin oğurlandığı Yançun kəndi isə Hollandiya hökumətindən şikayət edib.
Çinli kəndlilər heykəlin oğurlanması ilə əlaqədar olaraq Çindən qaçırılan heykəli alan kolleksiyoner Oskar van Overimi ittiham ediblər. Oskar van dünən Amsterdama gedərək rəsmi ifadə verib.
2015-ci ildə heykəl incələnmişdi və içində buddaçı bir rahibin olduğu üzə çıxmışdı. Çinlilər rəsmi olaraq heykəlin geri qaytarılmasını tələb etmişdilər.
"Zhanggong alimi” adlı heykəl 22 ildir ki, yoxa çıxıb və Budapeştdəki muzeylərin birində sərgiyə çıxarılıb. Çinli kəndlilər heykəli tanıyıblar və geri qaytarılması üçün rəsmi prosesə başlayıblar.
Kənd nümayəndə heyətinin mətbuat nümayəndəsi Lin Ven Qinq deyib:
"Biz bu heykəl ilə böyüdük. O gecə-gündüz yanımızdaydı, ruhani liderimiz idi. Bizim üçün ən önəmli olan məsələ onun torpaqlarına geri qayıtmasıdır”.
Tədqiqatlar zamanı məlum olub ki, heykəlin içində 1000 il əvvəl Çindəki Sonq xanədanlığı dövründə yaşayan bir keşiş mumiyası var. Bundan sonra heykəli nümayişdən yığışdırıblar.
Van Overim isə heykəlin özündə olmadığını, onu başqa bir kolleksiyaçı ilə dəyişdiyini bildirib. Məhkəmə isə 12 dekabrda məsələ ilə bağlı qərar verəcək.
www.anews.az
























