• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən nazik smartfonu -3,8 mm

Dünyanın ən nazik smartfonu -3,8 mm
29.10.2014 11:29
Çinin “BBK” şirkəti korpus qalınlığı 3,8 mm təşkil edən “Vivo” markalı smartfon üzərində işləyir. Qurğunun ayrıca və “Apple iPhone 5s” ilə müqayisəli təsviri Çinin "Weibo” sosial şəbəkəsində təqdim edilib. Hazırda dünyanın ən nazik smartfonu Çinin “Gionee” istehsalçısının “Elife S5.1” modeli hesab edilir. Qalınlığı 5,1 mm olan smartfon cari ilin sentyabrında “Ginnesin rekordlar kitabı”na daxil edilib. Təsvirlərdən birində “Vivo” modelinin müqayisə olunduğu “iPhone 5s” smartfonunun qalınlığı 7,6 mm, “iPhone 6” modelinin 6,9 mm təşkil edir. Yeni qurğunun qalınlığından başqa digər texniki xüsusiyyətləri barədə məlumat verilmir. Dünyanın hazırkı ən nazik smartfonu "Elife S5.1” 4,8 düymlük displey, dördnüvəli prosessor, 8 meqapikselli kamera, 16 QB quraşdırılmış batareya və 2100 milliamper/saat tutumlu batareya ilə təchiz edilib. Yalnız Çində satılan smartfonun qiyməti yerli pul vahidi yuana nisbətdə 325 dollar təşkil edir.  Əlavə edək ki, 2013-cü ildə “BBK” şirkəti qalınlığı 5,95 mm olan “Vivo X3” smartfon modelini buraxıb. O zaman smartfon satışda mövcud olan smartfonların ən naziyi olub, - "CNews” yazır. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol