Sərnişin qatarı yük maşını ilə toqquşdu: 18 yaralı

Rusiyanın Krasnodar diyarında sərnişin qatarı yük maşını ilə toqquşub.
Maşinist, maşinistin köməkçisi və avtomobilin sürücüsü xəstəxanaya yerləşdiriliblər, sərnişinlər isə yüngül xəsarətlərlə tibbi yardım üçün müraciət ediblər.
Bildirilir ki, toqquşma Timaşevskya və Vedmidovka stansiyaları arasında olan keçiddə baş verib.
www.anews.az
























