5 məmur saxlanıldı
Gürcüstanın baş prokurorluğu Müdafiə Nazirliyinin yüksək çinli məmurlarını saxlayıb. ANN.Az-ın APA-ya istinadən məlumatına görə, nazirliyin 5 nəfər məmuru Tiflis şəhər meriyasının qərarına əsasən saxlanılıb. Gürcü mətbuatının yayımladığı informasiyada bildirilib ki, müdafiə nazirliyinin vəzifəli şəxsləri büdcədən 4 102 872 lari həcmində pul vəsaiti mənimsəməkdə günahkar bilinirlər. Saxlanılan şəxslərə 48 saat ərzində ittiham irəli sürüləcəyi gözlənilir. Gürcüstan CM-nin 182-ci (mənimsəmə) maddəsinə əsasən istintaq aparılır. Faktlar təsdiq olarsa, onlar 7-dən 11 ilədək azadlıqdan məhrum edilə bilərlər. ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Dünya 23:52 Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 21:39 Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 19:30 Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 18:30 Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 15:56 Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 14:19 Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 13:41 Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 23:45 ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 21:41 Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb