Ermənistanın keçmiş xarici işlər nazirinin adı rüşvətxorluqda hallanır

Ermənistanın keçmiş xarici işlər naziri və deputatı Vardan Oskanyanın adı rüşvət hadisəsində hallanır.
Anews.az Report-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan KİV-i yayıb.
Məlumata görə, keçmiş nazir bu yaxınlarda ölkəni tərk etmək istəyib, ancaq ona sərhədi keçməyə icazə verilməyib.
"Vartan Oskanyanın adı ilk dəfə deyil ki, belə qalmaqalda hallanır. Böyük məbləğdə qanunsuz gəlirin leqallaşdırılması ilə bağlı 2012-ci ildə ona qarşı cinayət işi açılıb", - deyə bildirilib.
Qeyd edək ki, Vardan Oskanyan 1955-ci il fevralın 7-də Suriyanın Hələb şəhərində doğululub. 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri işləyib.
www.anews.az
























