• $
  • €
  • ₽
  • ₺
  • £

Qaşıqçı cinayətindən 9 gün sonra İstanbula gəldilər və...

Qaşıqçı cinayətindən 9 gün sonra İstanbula gəldilər və...
05.11.2018 09:31
Jurnalist Camal Qaşıqçının oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülməsindən tam 9 gün sonra səudiyyəlilər Qaşıqçının cəsədindən xilas olmaq və dəlilləri yox etmək üçün İstanbula bir kimyaçı və bir toksikoloji mütəxəssis göndərib.

Bu haqda Türkiyənin "Sabah” qəzetinin əməkdaşı Abdurrahman Şimşək yazıb.

Onun sözlərinə görə, oktyabrın 11-də Türkiyəyə gələn 11 nəfərlik qrupun içində kimyaçı Əhməd Əbdüləziz Aljanobi və toksikoloji mütəxəssisi Xalid Yəhya Al-Zahrani də olub. Qrup cinayətin araşdırılması üçün deyil, cinayətlə bağlı dəliləri yox etmək üçün gəlib. Onların oktyabrın 12-dən etibarən tam bir həftə boyunca İstanbul Baş konsulluğuna getdiyi bildirilir.

Aljanobi və Al-Zahrani İstanbulun Beşiktaş rayonunda lüks bir oteldə qalıb. Onlar 9 nəfərlik heyətlə oktyabrın 20-də Türkiyədən ayrılıblar.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın "Vaşinqton Post” qəzetinə danışan yüksək vəzifəli bir türk səlahiyyətli konsulluqda öldürülən jurnalistin parçalara ayrılan cəsədinin asit turşusunda əridilmə ehtimalının qiymətləndirildiyini bildirib.

İstanbul Respublika Baş prokurorluğundan bildirilib ki, Camal Qaşıqçı əvvəlcədən hazırlanan plana uyğun olaraq, boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib. Qeyd edilib ki, ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.

Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb./publika.az
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol