Krımda yadplanetlilerin skeleti tapıldı - FOTO

Krımın Kız-Aul sərdabəsində aparılan arxeoloji qazıntılar zamanı qeyri-adi skelet aşkar edilib.
Mütəxəssislər qəbirin eramızın II əsrinə aid olduğunu bildiriblər. Qəbirdə yadplanetli körpənin skeleti tapılıb. Körpə barbar adət-ənənəsinə uyğun olaraq dəfn edilib.
Arxeoloqlar qəbiri yadplanetli qəbiri adlandırıblar. Araşdırmalar zamanı məlum olub ki, körpə ölüm anında yaş yarımlıq olub. Onun yanında kiçik boyunbağı, qab-qacaq, şüşə olub. Sağ qoluna isə mis bilərzik keçirilib.
Bəzi alimlər bildirirlər ki, uşağın başı doğuşdan sonra deformasiyaya məruz qalıb. Eyni qalıqlar I əsrə aid sərdabədə də aşkar edilib.
Alimlər qeyd edirlər ki, kəllə sümüyünün deformasiyası əsasən sarmatlarda qeydə alınıb. Bundan başqa kəllə sümüyünün belə olması hansısa xüsusi qrupa aid olmaq demək idi.
Qeyd edək ki, hələ də alimlər sümüklərin yadplanetliyə, yoxsa Yer insanına məxsus olduğu barədə fikir mübadiləsi aparırlar./olke.az
www.anews.az
























