• $
  • €
  • ₽
  • ₺
  • £

İbrahim Tatlısəsin bu paylaşımı azərbaycanlıları qəzəbləndirdi - VİDEO

İbrahim Tatlısəsin bu paylaşımı azərbaycanlıları qəzəbləndirdi - VİDEO
08.11.2018 00:07
Türkiyə şou biznesinin "imperator"u, məşhur müğənni İbrahim Tatlısəs "instagram" hesabından yeni video paylaşıb.
 
Anews.az "Bax.tv"yə istinadən xəbər verir ki, videonun fonundakı musiqi erməni dilində səsləndirilir. Halbuki, bu, Azərbaycananın məşhur "Evlərinin önü yonca" musiqisidir. Sözügedən əsərin tarixinə nəzər salsaq, görərik ki, bu musiqinin tarixi məhz ölkəmizlə bağlıdır. Belə ki, bu musiqi 1958-ci ildə İraqdan Azərbaycana gələn Sinan Səidə və azərbaycanlı Nərminə Məmmədovaya məxsusdur. Əslən İraq türkməni olan Sinan Səid 1958-ci ildə İraqın paytaxtı Bağdad şəhərindən Bakıya radio aparıcısı kimi dəvət edilir. Və bir müddətdən sonra o, burada azərbaycanlı Nərminə Məmmədova ilə tanış olur. Məşhur Qiyasbəylilər nəsilindən olan Nərminə Məmmədovanın əsl adı Fəridə idi. Onlar bir müddətdən sonra birlikdə bir neçə musiqiləri ifa edirlər ki, bunlardan biri də məşhur "Evlərinin önü yonca" əsəri olub. Ermənilər isə hər zamankı ənənələrinə sadiq qalaraq, bu dəfə də, Azərbaycanın qədim musiqilərindən birinə sahiblənmək istəyirlər. Bütün bunlar bir kənara, İbrahim Tatlısəsin bu əsərin məhz erməni dilində səsləndirilən versiyasının öz videosunda əks olunmuş görüntülərini paylaşması haqlı olaraq azərbaycanlı izləyicilər tərəfindən tənqid edilib. Video hal-hazırda da, müğənninin "instagram" hesabında qalır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol