• $
  • €
  • ₽
  • ₺
  • £

Vatikanda Azərbaycan haqqında qədim materiallar tapılıb

Vatikanda Azərbaycan haqqında qədim materiallar tapılıb
08.11.2018 19:30
Vatikanla Azərbaycan arasında sıx dostluq münasibətləri formalaşıb. Bu münasibətlər xüsusən humanitar sahədə fəal inkişaf edir.

Anews.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete deyib.

Yepiskop bildirib ki, Azərbaycan hökuməti humanitar əməkdaşlıq çərçivəsində Vatikana qədim katakombaların bərpasında kömək edib. Bu da iki dövlət arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir.

Qeyd edək ki, bərpasına 2012-ci ildə başlanılan Marçellino və Pyetro katakombalarının açılışı 2016-cı ilin fevralında Vatikanda, San Sebastian katakombalarının (bərpa işlərinə 2016-cı ildə başlanılmışdı) açılışı isə 2018-ci ilin sentyabrında olub.

V.Fekete vurğulayıb ki, qarşılıqlı humanitar fəaliyyət Müqəddəs Taxt-Tac və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın böyük spektrini nəzərdə tutur:

"Vatikan arxivlərində Azərbaycana aid çox qədim sənədlər, məktub və materiallar aşkar edilib və iki ölkənin hökumətləri səviyyəsində bu maraqlı sənədlərin Bakıda Azərbaycan ictimaiyyətinə geniş şəkildə təqdim olunacağı sərginin keçirilməsi imkanları müzakirə olunur. Hazırda bu məsələ Vatikan və Azərbaycan hökumətləri diqqət mərkəzindədir”.

Katolik icmasının rəhbəri xatırladıb ki, Vatikan müstəqil Azərbaycan Respublikasını tanıyan ilk ölkələr sırasındadır:

"İlk dövrdən Müqəddəs Taxt-Tac və Azərbaycan arasında yüksək səviyyəli etibarlı münasibətlər yaranıb və bu gün də davam edir. Hesab edirəm ki, 2011-ci ildə imzalanmış "Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik Kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” saziş ikitərəfli əlaqələri daha da möhkəmləndirib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol