10 aylıq körpənin bu görüntüləri internetdə rekord qırır - VİDEO

10 aylıq körpənin kitab mağazasındakı maraqlı görüntüləri internetdə rekord qırır.
BiG.AZ "dailymail.co.uk” saytına istinadən xəbər verir ki, İngiltərədə çox gülməli və qeyri-adi hadisə baş verib.
Belə ki, atasıyla kitab mağazasına girən 10 aylıq Lukas yüzlərlə kitabı gördükdə çox təəccüblənib. Lukasın kitablara belə qeyri-adi və gülməli baxışları ətrafdakı insanları xeyli güldürüb.
Anası Laura Stradelin sözlərinə görə, 10 aylıq Lukas hələ indidən kitabları çox sevir.
Qeyd edək ki, bu video internetdə baxış sayına görə rekord qırır.
Həmin körpənin maraqlı videosunu təqdim edir:
www.anews.az
























