• $
  • €
  • ₽
  • ₺
  • £

Qaşıqçının dostu cinayətin detallarını açdı: "Hər şey dörd günün içində oldu"

Qaşıqçının dostu cinayətin detallarını açdı: "Hər şey dörd günün içində oldu"
12.11.2018 11:50
"Qaşıqçı konsulluqda sorğuya çəkilməyib. Onun ölüm təlimatı birbaşa öldürmək və öldürdükdən sonra cəsədini bir şəkildə məhv etmək üzərinə verilib. Bu, vəhşilikdən də vəhşilikdir. Yaxında ona qiyabi bir yas mərasimi təşkil edərik. Ortada bir cəsəd olmasa belə, qiyabi cənazə namazı İslamda müstəhəbdir”.

Bu sözləri Türkiyə Ədalət və İnkişaf Partiyasının sədrinin köməkçisi, səudiyyəli jurnalist Camal Qaşıqçının dostu Yasin Aktay ölkəsinin mediasına verdiyi müsahibədə deyib.

Müsahibəsində Camal Qaşıqçının son sözləri, cinayətin necə planlandığı, cəsədin tapılıb-tapılmayacağı və Səudiyyə Ərəbistanı baş hakiminin İstanbula səfərindən tutmuş ABŞ-ın məsələyə münasibətinə dair bir çox mövzuda öz bilgilərini paylaşıb.

"Hər şey dörd günün içində olub: planlanıb və həyata keçirilib. Camal təhdid edildiyini yaxınlarına bildirmişdi. MKİ-nin başçısına belə dinlədilən səs yazısında Camal konsulluğa girər-girməz "boğuluram” deyib. Bu da o deməkdir ki, onu sorğuya çəkməyiblər. Onu təhdid etmək, onunla bazarlıq etmək, onu qorxutmaq istəməyiblər Birbaşa öldürməyə çalışıblar.

Səudiyyə Ərəbistanının bəzi rəsmilərinin işin içində olduğu qətidir. Şübhəli on beş nəfər, onsuz da, ali səlahiyyətlidir. Ancaq cinayəti gerçəkləşdirənlər də daxil olmaqla, başınabuyruq işlər görəcək insanlar deyil. O zaman daha da ali səviyyəni düşünmək lazım.

Ərəbistanlı baş hakim bizim əlimizdəki məlumatları aparmağa gəlib. Bu hakimin dövründə də ədalət gözləmək həddən artıq optimizm olar. Bu hakimin vəzifədə olduğu dövrdə Səudiyyə Ərəbistanında üç minə yaxın insan sadəcə düşüncələrindən, daha doğrusu, düşünmədiklərindən dolayı günahlandırılıblar. Həbs olunan insanlar sadəcə müxalif olduqları üçün deyil, iqtidarı yetərincə dəstəkləmədikləri üçün içəridədirlər. Bu gün o ölkədə heç kim susmaq haqqından belə istifadə edə bilmir, nəinki, danışmaq. Belə bir ölkənin baş hakimindən Türkiyənin başlatdığı istintaq əməliyyatlarına hansı faydanın veriləcəyi gözlənilə bilər? O, buraya sadəcə əlimizdə olanları almağa, cinayətkarların lehinə danışmağa gəlib. Onları qoruyur, şübhəlilər üçün zaman qazanmağa çalışır...” – Yasin Aktay açıqlayıb.

Qeyd edək ki, "Vaşinqton Post" qəzetinin əməkdaşı, ərəbistanlı jurnalist Camal Qaşıqçı 2 oktyabr tarixində Səudiyyə Ərəbistanının İstanbulda yerləşən baş konsulluğuna daxil olub və orada qətlə yetirilib. Cəsədi ilə bağlı isə hələ də konkret məlumat yoxdur./publika.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol