• $
  • €
  • ₽
  • ₺
  • £

Moskvadan Azərbaycanda yeni ittiham

Moskvadan Azərbaycanda yeni ittiham
27.10.2014 12:43
Rusiyanın aparıcı agentliyi Azərbaycanı nədə ittiham elədi?
Rusiyanın aparıcı dövlət informasiya agentliyi “RİA Novosti” dünya bazarında neftin ujuzlaşması ilə bağlı Azərbaycanı günahlandırıb. 
ANS PRESS-in məlumatına görə, bu səhər Moskva saatı ilə 07.21-ə “Brent” markalı neftin barrelinin ucuzlaşaraq 85,89 dollara, Texas neftinin isə 80,96 dollara düşməsini şərh edən agentlik yazıb: “Neftin qiymətinin azalması OPEK-ə daxil olmayan ölkələrdə neft hasilatının tələbatdan artıq olacağı gözləntiləri ilə bağlıdır. Ehtimal edilir ki, Azərbaycan və Braziliya kimi ölkələrdə hasilatın artırılması 2015-ci ildə bazara artıq neftin çıxarılmasına gətirəcək”.
Amma ANS PRESS-in beynəlxalq bazar üzrə apardığı araşdırma göstərir ki, neftin qiymətinin dəyişməsinə gündəlik hasilatı 700 min barrel olan Azərbaycan kimi kiçik neft hasilatçıları heç bir təsir göstərə bilmirlər. Rusiya agentliyi belə yazmaqla sanki ölkəsini Ukrayna böhranına görə cəzalandırmaq istəyən ABŞ-ın qarşısnıda gücsüzlüklərini pərdələmək istəyir. Hazırda Rusiyada neftin barreli təxminən 75 dollara başa gəlir. Yəni əksər ekspertlər ABŞ-ın 1980-90-cı illərdə nefti ucuzlaşdıraraq Sovet İttifaqını müflisləşdirmə siyasətinin Rusiyaya qarşı da təkrarlanacığını düşünürlər. ABŞ və Körfəz üzrə tərəfdaşlarının dünya neft bazarında aparıcı mövqedə olması Birləşmiş Ştatların bu niyyətinə çata biləcəyini düşünməyə imkan verir. Hazırda vəziyyət belədir ki, dünyanın ən iri 10 neft istehsalçısı arasında yalnız günlük maksimum hasilatı 10,8 milyon barrel olan Rusiya, Çin (4,1 mln) və İran (3,5 mln) Amerikanın bu istəyinə qarşı çıxa bilər. İlk onluqda yer alan Səudiyyə Ərəbistanı (11,5 mln), Kanada (3,95 mln), Birləşmiş Ərəb Əmirlikləri (3,95 mln), İraq (3,15 mln), Küveyt (3,1 mln), Meksika (2,9 mln) maksimum istehsal gücü 10 milyon barrel olan ABŞ-la birlikdə dünya neft hasilatının 47 faizinə nəzarət edirlər. 
Əslində, dünya neftinin 5%-ni hasil edən Çinin, yaxud dünya hasilatında elə də payı olmayan digər ölkələrin bu oyuna qatışacağını düşünmək də əbəsdir. Onlar nefti əsasən ya daxili istehsal üçün istehsal edirlər, ya da hasilatları o qədər azdır ki, proseslərə təsir edə bilmədiklərindən oyunlara qoşulmurlar. Bu məsələdə dünya neftinin 12,9%-ini hasil edən Rusiya və 4%-ini hasil edən İranı 2,7%-lik paya malik Venesuela dəstəkləyə bilər. Yəni bazarın 19,6%-ni təmin edən ölkələrin 47%-lik paya malik ölkələrə qarşı güclü olacağı heç də ehtimal edilmir. Fakt budur ki, Səudiyyə Ərəbistanı və digər ölkələr OPEK daxili həmrəyliyi ABŞ-ın qeyri-rəsmi diqtəsi ilə neft hasilatını artırırlar. Bu da təbii ki, qiyməti aşağı salır. 
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol