• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna Ali Radasına seçkilər keçirilir

Ukrayna Ali Radasına seçkilər keçirilir
26.10.2014 14:00

Bu gün Ukrayna Ali Radasına seçkilər keçirilir. Seçki məntəqələri saat 8-dən 20.00-a qədər fəaliyyət göstərəcək.

Ukraynada 36,5 milyon seçici kimi qeydiyyatdan keçib.

Ukrayna Ali Radasında 450 deputat yeri var. Deputatların yarısı majoritar, yarısı isə proporsional sistemlə seçilir. Partiyaların proporsional sistemlə mandat qazanması üçün ən az 5 faiz səs toplaması lazımdır.

Ölkə prezidenti Petro Poroşenko bu seçkiləri “tarixi seçki" adlandırıb. O, ukraynalıları “gələcək və islahatlar naminə” seçkilərdə aktiv iştirak etməyə çağırıb.

Ukrayna Daxili İşlər Nazirliyi səsvermə günü təhlükəsizliyin təmin olunması üçün 140 mindən çox polis və təhlükəsizlik əməkdaşının cəlb edildiyini bildirib.

Ukrayna Mərkəzi Seçki Komissiyası Rusiyayönümlü qüvvələrin nəzarətində olan Luqansk və Donetskidə seçkinin keçirilməsi imkanın olmadığını açıqlayıb. Donetskdə məcburi köçkünlərin yaşadıqları ərazidəki 12, Luqanskda isə 5 səyyar məntəqəyə bülleten göndərilsə də, orada seçkilərin baş tutub-tutmayacağı hələ sual altındadır. 

APA

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol