• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın ən intellektual tanınmışları

Dünyanın ən intellektual tanınmışları
25.10.2014 10:18

XXI əsrdə ən çox işlənən terminlərdən biri də intelligence quotient  (intellektual qabiliyyət – IQ) terminidir. Amerika və Avropa- nın orta əktəblərində əsasən şagirdlərin IQ-sünü inkişaf etdirmək və yaradılan qrupları da məhz bu əmsala görə formalaşdırmaq əsas şərt sayılır. Universitetlərdə isə əlaçı şagirdlərin IQ əmsalları 110-dan yuxarı olmalıdır. Bu əmsalı ölçmək üçün bir neçə düsturlar var. ANN.Az modern.az saytına istinadən, sizləri bu düsturlarla deyil, bu əmsalların yüksək əyarını daşıyan məşhurlarla tanış edəcək:

Əvvəla onu deyək ki, IQ əslində insanın nə qədər bilikli olduğu deyil, nə qədər düzgün düşünmə qabiliyyətinə malik olmasının göstəricisidir. Burada beynin informasiya tutumu deyil, həmin informasiyanı nə dərəcədə düzgün təhlil etmək əsas götürülür. Tarixin ən ağıllı adamı sayılan Ceyms Sidsin  IQ göstəricisi 250-300 arasında dəyişirmiş.

Çünki insanın fiziki və ruhu durumundan asılı olaraq bu əmsal daima aşağı və yuxarı şkala üzrə hərəkət edir. Amerika prezidentlərindən yüksək IQ-nə görə seçilənlər arasında Bill Klinton, Corc Buş və Cerard Fordun adını çəkmək olar. Klintonun intellekt əmsalı 137 olduğu halda, kolleqalarında bu göstərici  125 və 121 -ə bərabər olub.

Onun həyat yoldaşı Hillari Klintonu da Amerikanın ortaq intellekt əmsalına görə ağıllı adam saymaq olar. Xanım Klintonun IQ göstəricisi 140-a bərabərdir.   Micrasoft kampaniyasını yaradanlar və hazırda dünyada ən çox pul qazanan şəxslər Bill Qeyts və Pol Allenin də intellekt göstəriciləri çox yüksəkdir. Onların ikisi də 160 IQ əmsalına sahibdirlər.  

Hollivudun məşhur aktyorlarının da maraqlı IQ göstəriciləri var. Aktyor-qubernator  Arnold Şvartsnegger özünün 135 IQ əmsalı ilə universitet əlaçısı ola bilər. Ceyms Vuds intellekt göstəricisi isə hamını  çox təəccübləndirib.

O, bu intellektə biznes sahəsində daha çox uğur qazana bilərdi. Amma 180 intellekt əmsalını  sənətə sərf edir.   Hollivud aktrisalarının da adları  bu siyahıda var. Yalnız cazibəsinə görə fərlənən Nikol Kidman, Şeron Stoun, Codi Foster kimi  aktrisalar da amerikanın ən ağıllı insanlarından sayılırlar. IQ əmsalları isə Nikol Kidmanda 132, Şeron Stounda 154, Fosterdə isə 132.

Məşhur müğənnilər Madonna və Şakira da bu siyahıda yer alır. Dünya musiqisinin ən çox tanınan simaları da sən demə ən ağıllı insanlar kateqoriyasına daxil imiş.  Onların həri ikisinin intellekt əmsalı 140-dır.  

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol