Moskvada şəmkirli iş adamını öldürənin kimliyi bilindi - Kriminal hesablaşma...

İş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 36 yaşlı biznesmenin qətli ilə bağlı cinayət işi başlanıb.
İlkin ehtimallara görə, qatil çoxmərtəbəli binanın qarşısında qurbanına silahdan bir neçə dəfə atəş açıb. Hadisə yerində 9 mm kalibrli dörd giliz və bir güllə tapılıb.
Hüquq-mühafizə orqanları hücumun səbəblərini və cinayətkarın kimliyini araşdırır.
Bəzi məlumatlarda bundan əvvəl də biznesmenə qarşı sui-qəsdin olduğu deyilir.
Musavat.com-un əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən şəxslər Şəmkir rayonundandırlar. Onların Moskvada kriminal hesablaşmalarla məşğul olduqları, azərbaycanlı iş adamlarından, bazarlarda ticarətlə məşğul olan soydaşlarımızdan zorla hesab aldıqları deyilir.
Bu qruplaşmanın başında Həsən, Bek və Cəbi adlı qardaşların dayandığı deyilir. Saytımıza verilən bilgiyə görə, Bek və Cəbi ağır cinayətdə ittiham olunaraq uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Onların hazırda Rusiya həbsxanalarından birində cəza çəkdikləri deyilir. Həsənin isə azadlıqda olduğu bildirilir. Bir başqa məlumata görə isə, kriminal qruplaşmanın əsas himayəçiləri Sank-Peterburqda meyvə biznesilə məşğul olan Şəmkir əsilli şəxslərdir. Bu qətli onların sifariş verib-bermədiyi dəqiq bilinmir.
Mənbəmizon bir başqa məlumatına görə, qruplaşma bir müddət öncə, ötən gecə qətlə yetirdikləri Toğrulu qorxutmaq məqsədilə ayağına odlu silahdan atəş açıblar. O, təhdidlərə rəğmən istənilən qeyri-qanuni məbləği verməkdən imtina edib. Ən sonda isə cinaytkarlar onu öldürmək qərarına gəliblər.
www.anews.az
























