Məhkəmə Saakaşvilinin həbsi ilə bağlı qərar verildi

Tiflis Apelyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvili barəsində birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Bu haqda iş üzrə prokuror Arçil Tkeşelaşvili bildirib.
Tiflis şəhər məhkəməsi bu ilin iyununda Saakaşvili barəsində 6 il qiyabi həbs cəzası çıxarmışdı. Keçmiş prezident 2005-ci ildə sabiq deputat Valeri Qelaşvilinin döyülməsində ittiham olunur.
Arçil Tkeşelaşvilinin sözlərinə görə, məhkəmə Saakaşvili üçün cəzanın sərtləşdirilməsi haqqında prokurorluğun xahişini təmin etməyib.
publika.az
www.anews.az
























