• $
  • €
  • ₽
  • ₺
  • £

“Google”dan yenilik

“Google”dan yenilik
25.10.2014 09:30

“Google” axtarış sistemi “Gmail”dən məktubları çeşidləməklə fərqlənən yeni “İnbox” poçt xidmətini təqdim edib. 

ANN.Az-ın ictnews-a istinadən məlumatına görə, xidmət avtomatik şəkildə oxşar məzmuna malik olan məktubları bir kateqoriyaya yığacaq, misal üçün, bütün çeklər və bank çıxarışları bir kateqoriyada toplanacaq. 

 Əlavə xidmət istifadəçinin hansı məktubları müəyyən qrupa göndərdiyini yadda saxlayır və sonra bunu avtomatik şəkildə icra edir. “Inbox” həmçinin daxil olan məktubları və yaddaş dəftərçəsini sonraya saxlayır.

“Inbox”da ən vacib məlumatlar üçün xüsusi bloklar var, misal üçün, təyyarəyə və ya tədbirlərə bilet. 

Bu bloklarda yalnız məktubun məzmunu haqda məlumat deyil, həmçinin internetdən təxsis edilmiş tədbir və s. haqda əlavə məlumat təsvir olunacaq.

Xidmətdə həmçinin köçürmə funksiyası da olacaq, bu funksiya istifadəçinin məktublarına tələb olunan məlumatları təqdim edir. Misal üçün, “Kompüter dükanına zəng etmək” xatırlatması mövcuddursa, “Inbox” dükanın telefon nömrəsini və iş vaxtını göstərir.

 İstifadəçi restoranda masa sifariş edibsə, sifarişin təsdiqlənməsi ilə yanaşı, o, restorana gəlmək üçün marşrut xəritəsi də təqdim olunacaq.

Hazırda xidmətə yalnız dəvətnamə ilə  qoşulmaq olar, onu da “[email protected]/* */”-a müraciət edərək almaq olar. “Inbox”un ümumi istifadəyə nə vaxt veriləcəyi haqda “Google” məlumat vermir.

Poçtun oxşar şəkildə təşkili funksiyaları bu ilin aprel ayında, “Dropbox”a aid olan  “Mailbox” poçt xidmətində təqdim edilib. Bu ilin iyul ayında analoji funksiyalar “Apple” şirkətinin mobil poçt əlavə proqramında təqdim edilib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol