• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı məhbusların "Ad günü şənliyi" – Şiddət saçan işgəncələr

Azərbaycanlı məhbusların "Ad günü şənliyi" – Şiddət saçan işgəncələr
23.11.2018 14:45
Güney Azərbaycanın Ərdəbil həbsxanasının məhbusları "Doğum günü şənliyi" adı altında işgəncəyə məruz qaldıqlarını iddia ediblər.

Anews.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə həbsxananın bir qrup məhbusu BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana açıq məktub ünvanlayaraq, həbsxanada baş verənlərlə bağlı onu məlumatlandırıblar.

Məktubda qeyd olunub ki, məhbuslar hansısa əməldə şübhəli bilindiyi vaxt həbsxananın işgəncə alətləri ilə təchiz olunmuş karantin bölməsinə aparılır.

Dustaqlar həbsxana rəhbərliyinin bu işgəncə prosesinə "Doğum günü şənliyi" adını verdiyini deyiblər.

İşgəncə prosesi bundan ibarətdir ki, əvvəlcə məhbusu zəncirlə divar və ya döşəməyə bağlayır, sonra başına kisə keçirirlər. Daha sonra məhbus dəyənək, yumruq, təpik və elektrikkeçirici alətlə döyülür. Bu işgəncə bir həftə ərzində 4 dəfə icra olunur.

Məhbuslar "Doğum günü şənliyi"nin Fərhad Novruzi, Rəhman Söhrabi və Məhəmməd Nemətpur adlı polislər tərəfindən həyata keçirildiyini bildiriblər.

Qeyd olunub ki, həbsxananın rəisi Yəqub Sərbaz Coda və təhlükəsizlik bölməsinin rəisi Pərviz Surazər xüsusi vəziyyətlər yarandıqda işgəncə prosesinə müdaxilə edir.

Məhbuslar məktubda Cavid Rəhmanı məsələni araşdırmağa çağırıblar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol