• $
  • €
  • ₽
  • ₺
  • £

Bütün dünyanı bürüyən “Qara Cümə” aksiyası nədir? — Tarixi faktlar

Bütün dünyanı bürüyən “Qara Cümə” aksiyası nədir? — Tarixi faktlar
23.11.2018 20:30
Hər il ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur "Black Friday”, yəni "Qara Cümə” günü keçirilir. Bu gün bir sıra dükanlarda endirimlər olur. Bəs bu Qara Cümə nə deməkdir?

"Ölkə.Az” oxucularına endirimlər günü olan "Black Friday”in qısa tarixçəsini təqdim edir.

Qara Cümə ilin ən unudulmaz və parlaq cümə günü sayılır. Məhz bu gün böyük endirimlər olur və qənaət etmək istəyənlər üçün əsl bayrama çevrilir. Məhz bu gündən başlayaraq Qərb ölkələrində ənənəvi Yeni il endirimləri başlayır.

Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlər edir, alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar.

Bunun banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. Pensilvaniya ştatının Lankaster şəhərində kiçik dükanda satıcının köməkçisi işləyən qaradinməz oğlan qiymətləri aşağı sala bilmədiyi üçün əsəb keçirirdi. O dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı səfərdə olan Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına "Hər şey 5 sent” yazısını qoyur. Bu, ilk endirim idi!

Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurur.
1951-ci ildə isə "Factory Management and Maintenance” jurnalı maraqlı tendensiya qeydə aldı. Şükran Günündən sonra işçilər sağlamlıqlarına görə icazə alır, əslində isə özlərinə 4 günlük istirahət ayırırdılar. Bunun səbəbi də dükanları gəzib endirimlərdən faydalanmaq idi.

Amma məhz "Qara Cümə” termini ilk dəfə 1966-cı ildə Filadelfiyada ortaya çıxdı. Bu terminin yaranması ilə bağlı iki versiya var.

Birinci versiyaya əsasən, Şükran gününün ertəsi yollarda böyük tıxaclar yaranıb. Dükanlara axın zamanı əzilənlər olub. Bu səbəbdən bu gün Qara cümə adlandırılıb. İzdihamlara görə ölənlərin olduğu da deyilir. Məhz eyni gün Filadelfiya polisi qeyri-adi tıxaclara və izdihama görə bu günü "Black Friday” adlandırıb.
İkinci versiya müahsibatlıqla əlaqəlidir. Bu gün mühasibat hesabatları təqdim edilib. Şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub.

Başqa bir iddia isə Black Friday günü dükanlar qapılarını gün çıxmadan əvvəl açmalarıdır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol