Bir yaşlı körpəsini vəhşicəsinə döyən atanın aqibəti - FOTO

Çanakkalədə kişi 1 yaş 5 aylıq uşağını döydüyü üçün həbs edilib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əmin.A 1 yaş 5 aylıq körpəsi E.A-nı xəstəxanaya aparan zaman uşağın döyüldüyü ortaya çıxıb. Belə ki, həkim uşağı müayinə edən zaman bədənində zədələrin olduğunu görüb polisə xəbər verib.
Polis tərəfindən saxlanılan qadın məhkəməyə çıxarılan zaman həyat yoldaşı Fırat Şemsettin A-nın bir müddətdir ki, uşağı döydüyünü etiraf edib.
Polislər tərəfindən saxlanılan Fırat Şemsettin.A barəsində məhkəmə həbs qərarı çıxarılıb.
www.anews.az
























