ABŞ-da 4-cü Ebola ŞOKU

ABŞ-da daha bir Ebola virusuna yoluxma faktı qeydə alınıb. ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, 19 milyon əhalinin yaşadığı Nyu York şəhərində bir doktorda virus aşkar edilib. Şəhərin bələdiyyə başçısı Bill de Blasio mətbuat konfransında faktla bağlı açıqlama veriblər.virusa yoluxan həkim 33 yaşındadır və o, "Sərhəd tanımayan doktorlar" təşkilatının xətti ilə Qvineyada Ebola ilə mübarizə çalışmalarına qatılıb. Oktyabrın 17-də ABŞ-a dönən həkimin qan analizlərinin cavabı pozitiv çıxıb və o, Manhettendəki xəstəxanada karantin altında saxlanılır.Bələdiyyə başçısı ictimaiyyətin təşvişə düşməsinə heç bir əsas olmadığını deyib və əlavə edib ki, doktorun evi, eləcə də tez-tez baş çəkdiyi idman zalı möhürlənib. Ebola virusuna tutulan doktorun sevgilisi və 2 yaxın dostu da karantin altında saxlanılır.ANN.Az
























