• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya bu əraziləri zəbt etmək istəyir

Rusiya bu əraziləri zəbt etmək istəyir
27.11.2018 22:30
Rusiya Mariupoldan Dnestryanı əraziyə kimi Ukraynanın sonrakı bölünməsi üzrə plana malikdir.

Anews.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib.

"Rusiyanın Mariupol və bütün sahilboyu planlarının olduğunu anlamaq üçün Ceyms Bond (Ceyms Bond, həmçinin "Agent 007" Yan Fleminqin kitabları əsasında çəkilmiş çoxsaylı filmlərdə uydurma ingilis casusu və qəhrəmanı –red.) və ya superkəşfiyyatçı olmaq lazım deyil. Hesab edirəm ki, Rusiyada Dnestryanı əraziyə kimi Ukraynanın bütün cənubunun ələ keçirilməsi üzrə plan var", - Klimkin deyib.

O əlavə edib ki, Ukraynanın mövcudluğu Putinin sistemi üçün fundamental problemdir və bu səbəbdən Rusiya dayanmayacaq.

Daha əvvəl Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko Təhlükəsizlik Şurasının fövqəladə iclasında bildirib ki, kəşfiyyat məlumatları Ukraynanın Berdyansk və Mariupol şəhərlərinin (Azov dənizi sahilində yerləşir –red.) Rusiya tərəfindən mümkün tutulmasına işarə edir.

"Rusiyanın sonrakı eskalasiyası istisna edilmir. Operativ məlumatlara görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti və Rusiyanın Hərbi-Dəniz Qüvvələri tərəfindən Mariupol və Berdyanskının tutulması üzrə açıq təhlükə var", – o vurğulayıb.

Yelçenkonun sözlərinə görə, Rusiya təcavüzü dayandırmasa, Ukrayna vəziyyəti diplomatik və siyasi vasitələrlə nizama salmağa hazırdır.

Xatırladaq ki, daha əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko quruda Rusiya tərəfindən əməliyyatın genişləndirilməsi üzrə ciddi təhlükənin mövcudluğu haqqında xəbərdarlıq edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol