Heç belə İŞİD-çi görmüşdünüzmü?! - FOTOLAR

“İslam Dövləti” (İŞİD) üzvlərindən birinin sosial şəbəkədə paylaşdığı şəkillər böyük marağa səbəb olub.
Virtualaz.org saytı xarici nəşrlərə istinadən xəbər verir ki, İŞİD üzvü olan 17 yaşlı Rusiya vətəndaşı Hamzat Lamro instagram sosial şəbəkəsində maraqlı şəkillər paylaşır.
İŞİD-ə qoşulandan aktiv şəkildə sosial şəbəkədən istifadə edən H.Lamro paylaşdığı şəkillərə görə diqqət mərkəzinə düşüb.
Əslən Şimali Qafqazdan olan H.Lamro İŞİD-ə məxsus hərbi texnika ilə, qruplaşma üzvləri ilə çəkdirdiyi fotolarla qısa zaman ərzində xeyli sayda izləyici toplaya bilib. Fotoların birində H.Lamro İŞİD tərəfindən ona verilən üzvlük vəsiqəsini də göstərib.
İŞİD üzvünün bu cür qeyri-adi manera ilə gənclərin diqqətini çəkməyə, onlarda terror təşkilatına maraq və rəğbət oyatmağa çalışdığı deyilir.
ANN.Az
























