Tanınmış rok müğənnisi öldü

Rok musiqisinin əfsanəvi şəxslərindən biri kimi qəbul edilən Elvin Stardast dünyasını dəyişib.ANS PRESS-in məlumatına görə, Stardastın meneceri bir müddət əvvəl prostat xərçəngindən əziyyət çəkdiyi bilinən 72 yaşlı müğənninin evində ölü olaraq aşkar edildiyi xəbərini yayıb. Əfsanəvi rok musiqiçinin ölüm xəbəri pərəstişkarlarını yasa boğubƏsl adı Bernard Uilliam Ceuri olan Stardast 1942-ci ildə Londonda dünyaya göz açıb. İngilis müğənni ilk dəfə 1961-ci ildə Şeyn Fenton ləqəbi ilə musiqi karyerasına başlayıb. 1973-cü ildə “Magnet Records”la müqavilə imzalayan vəm Stardast adını qəbul edən müğənni "My Coo Ca Choo", "Jealous Mind" və "I Feel Like Buddy Holly" kimi mahnıları ilə dünya şöhrəti qazanıb. Qeyd edək ki, şənbə günü Vorkestrşayrda səhnəyə çıxan Stardast 30 ildən sonra ilk studia albomu olan”Alvin”i noyabrın 3-də çıxarmağa hazırlaşırdı. ANN.Az
























