• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyalılar bu əraziləri qaytarmağa hazırdırmı? - SORĞU

Rusiyalılar bu əraziləri qaytarmağa hazırdırmı? - SORĞU
30.11.2018 22:30
Rusiya və Yaponiya arasında Kuril adaları ətrafında mübahisələr sakitləşmir. Rusiyanın "Levada” tədqiqat mərkəzi ölkə vətəndaşlarının Yaponiyaya verilməsinə necə yanaşdıqlarını öyrənmək üçün sorğu keçirib.

Publika.az "Pravda” nəşrinə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə görə, rəyi soruşulanların 17 faizi Kuril adalarının Yaponiyaya verilməsini dəstəkləyirlər.

Respondentlərin 9 faizi bu suala birmənalı cavab verə bilməyib, qalanları isə hesab edir ki, Kuril Rusiyanın tərkibində qalmalıdır.

Daha əvvəl yapon hökumətindəki mənbələrə istinadən "Asahi” nəşri bildirib ki, Yaponiyanın baş naziri Sindzo Abe Rusiya prezidenti Vladimir Putinə Kuril adalarının cənub hissəsinin Tokioya qaytarılması halında, bu ərazidə ABŞ-ın hərbi bazalarının yerləşdirilməyəcəyinə dair söz verib.

Söhbət Xabomai və Şikotan adalarından gedir. 1956-cı ildə imzalanan SSRİ-Yaponiya birgə bəyannaməsində deyilirdi ki, Moskva sülh müqaviləsinin nəticəsindən sonra adaların Tokioya qaytarılması imkanına baxmağa razıdır.

2016-cı ilin sonunda Yaponiyanın Milli Təhlükəsizlik Şurasının baş katibi Syotaro Yati Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konsultasiyalarda istisna etməyib ki, adaların Tokioya verilməsindən sonra orada ABŞ-ın bazası qurula bilər. Nəşr qeyd edir ki, bu bəyanat danışıqları əhəmiyyətli dərəcədə çətinləşdirdi. Bundan sonra Rusiya prezidenti ilə görüşlərdə Yaponiyanın baş naziri bir neçə dəfə bildirdi ki, Kurilin cənub adalarında Amerika bazaları olmayacaq.

Sentyabrın 12-də Putin Şərq iqtisadi forumunda Sindzo Abeyə sülh müqaviləsini bağlamağı təklif edib. Rusiya liderinin sözlərinə görə, müqavilənin mətnində ərazi mübahisələrinin nizama salınması üzrə Moskva və Tokionun cəhdlərini qeyd etmək olardı. Həmçinin, noyabrın 14-də Sindzo Abe Vladimir Putinlə görüşdə ümid etdiyini ifadə edib ki, iki ölkə ərazi məsələsini həll edəcək və sülh müqaviləsini imzalayacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol