Kaşıkçının "Whatsapp" mesajları ortaya çıxdı – FOTO

Keçdiyimiz aylarda işgəncə verilərək qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçının "WhatsApp" yazışmaları üzə çıxıb.
Anews.az primetime.az-a istinadən xəbər verir ki, "CNN" telekanalı tərəfindən yayılan məlumatda Kaşıkçının Kanadada yaşayan fəal Ömər Əbdüləzizlə vəliəhd şahzadə Məhəmməd ben Salmanı tənqid etdiyi mesajlarda "Nə qədər çox qurban yeyirsə, daha çoxunu istəyən bir yırtıcı "Pac-Man" kimidir. Bu zülm ona dəstək olan insanlara qədər gedib çatsa, təəccüblənmərəm" tipli yazılar olub.
Elə bu faktorun onun ölüm fərmanı üçün ciddi əsas olacağı istisna edilmir. Əbdüləziz, 2017-ci ilin oktyabrından Kaşıkçı ilə olan yazışmaları, audio, foto və videolarının olduğu 400-dən çox "WhatsApp" mesajını "CNN" ilə paylaşıb. Aktivist Əbdüləziz avqustda yazışmalarının təqib edildiyindən şübhələndiyini və bundan 2 ay sonra Kaşıkçının öldürüldüyünü etiraf edib.
www.anews.az
























