Ukrayna ordusu Rusiya sərhədinə yeridilir

Ukrayna hərbi vəziyyət rejimi çərçivəsində Rusiya ilə sərhəddə müdafiənin gücləndirilməsi üçün hərbi bölmələrin yerdəyişməsini həyata keçirəcək.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko "112 Ukrayna” telekanalı ilə yayımlanan çıxışı zamanı bildirib.
Prezident həmçinin, sərhədyanı ərazilərdə hərbi təlimlərin keçiriləcəyini elan edib.
Qeyd edək ki, Ukraynanın Ali Radası noyabrın 26-da ölkənin 10 vilayətində 30 günlük hərbi vəziyyət rejiminin tətbiqi haqqında Poroşenkonun fərmanını bəyənib. Hərbi vəziyyət rejimi noyabrın 25-də Kerç boğazı ətrafında Ukrayna və Rusiya hərbi donanmalarının qarşıdurması ilə əlaqədar qəbul edilib.
www.anews.az
























