10 yaşlı uşağın etdiyi icad hər kəsi təəccübləndirdi

Türkiyənin Sakarya bölgəsində 10 yaşlı Eren Can Pestin adlı uşaq sinif yoldaşları ilə birlikdə görmə əngəlli şəxslər üçün sensorlu əl ağacı icad edib.
Anews.az metbuat.az-a istinadla bildirir ki, "görən göz" adlandırılan bu robot təhlükəli yerlərdə əvvəlcədən siqnal verərək istifadə edən şəxsə xəbərdarlıq edir təhlükəyə qarşı qoruyur.
Şagirdlər hazırladıqları bu robotu 3 dekabr Beynəlxalq Əlillər Günü üçün hazırlanan qısa filmlə tanıdıblar.
www.anews.az
























