Qaşıqçı cinayətində son xeber: Türkiyə iki nəfər üçün hərəkətə keçdi

İstanbul Respublika Baş prokurorluğu Camal Qaşıqçı cinayəti ilə əlaqədar Əhməd əl-Assiri və Səud Əl-Kahtaninin həbsini tələb edib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, adıçəkilən şəxslər səudiyyəli jurnalistin qətlini planlaşdıranlar arasında olmaqda şübhəli bilinirlər.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülüb.
www.anews.az
























