• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda biznesmeni öldürən killer Moskvada tutuldu

Azərbaycanda biznesmeni öldürən killer Moskvada tutuldu
05.12.2018 14:18
Moskvanın cənub-qərbində Azərbaycanda bir neçə sifarişli qətl törətməkdə şübhəli bilinən killer İlya Şabanov saxlanılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Mash” Teleqram kanalı məlumat yayıb.

Şabanov 2012-ci ildə biznesmen Rauf Həsənovun qətlindən sonra beynəlxalq axtarışa verilib. Sonuncunun cəsədi 2010-cu ilin mayında Bakıdan 70 kilometr şimalda Xızı rayonunun ərazisində tapılıb. Killerə qarşı odlu silah və partlayıcı maddədən istifadə etməklə sui-qəsd maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın məlumatına əsasən, 2009-cu ilin oktyabr ayında Bakı sakini R.Həsənov öz avtomobilində evindən çıxıb və bir daha qayıtmayıb. Noyabrın 5-də aonun avtomobili Qubada yandırılmış vəziyyətdə aşkarlanıb. Həsənovun cəsədi isə may ayında su kanalında tapılıb.

İstintaq müəyyən edib ki, qətli digər iştirakçısı "Ayna” nəşriyyatının rəhbəri Fərhad Süleymanovdur. O, 2010-cu ilin fevral ayında ölkədən qaçmaq istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. Axtarışlar zamanı onun evində İtaliya istehsalı olan tapança və yeddi güllə aşkarlanıb.

Süleymanov istintaqa ifadəsində bildirib ki, öldürülən Həsənov və Moskvada yaşayan iş adamı Mustafa Aslanov arasında birgə fəaliyyət nəticəsində əldə edilən beş milyon dolların bölüşdürülməsi zamanı mübahisə yaranıb. Aslanov partnyorunu öldürmək qərarına gəlir, və bunun üçün Azərbaycana tanışı İlya Şabanovu göndərir.

2009-cu ilin oktyabrın 31-də Şabanov Nərimanov rayonunda Həsənov və Süleymanovla görüşüb, onu Görədildəki evə gətirərək güllələyib. İzi itirmək üçün qatillər cəsədi Samur-Abşeron kanalına atıblar. Bundan sonra Süleymanov Həsənovun avtomobilini Qubaya aparıb və yandırıb.

Hazırda Şabanovun Azərbaycana ekstradisiya məsələsi həll olunur. Süleymanov isə 2012-ci ildə 14 il müddətinə azadlıqdan məhrum edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol