• $
  • €
  • ₽
  • ₺
  • £

Prezidentlərin gənclik illəri - FOTOLAR

Prezidentlərin gənclik illəri - FOTOLAR
23.10.2014 09:42
Zaman onların siyasi əqidələrini dəyişə bilməsə də, xarici görünüşlərinə yetərincə əl gəzdirib. Çox illərə sinə gərən bu şəxslər siyasi lider zirvəsini fəth etmək üçün olduqca çətin, mürəkkəb və heç də rəvan olmayan yollar keçiblər. El arasında deyildiyi kimi papaqlarını elə-belə günə verməyiblər.ANN.Az Modern.az-a istinadən siyasi liderlərin gənclik illərinin fotolarını təqdim edirik:Belarus prezidenti Aleksandr Lukaşenkonun hazırda 60 yaşı var. İllərin sürətlə bir-birini əvəz etməsi onun siyasi mübarizəsinə təsir etməyib. Lukaşenko 1994-cü ildən öz ölkəsinin birinci kürsüsündə fəaliyyətini davam etdirir.Oktyabrın 7-də 62 yaşını Sibirdə qeyd edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin bu illər ərzində çox da dəyişməyib.Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti, Nobel mükafatı laureatı 53 yaşlı Barak Obamanın xarici görünüşünü illər dəyişsə də, davranışındakı bəzi qeyri-adiliklər çox da dəyişməyib.1991-ci ildən Qazaxıstan Respublikasına rəhbərlik edən Nursultan Nazarbayev tanınmaz dərəcədə dəyişsə də siyasi fəaliyyəti dəyişməz, davamlı və sabitdir. Hazırda Nazarbayevin 74 yaşı var.SSRİ-nin ilk və son prezidenti, 83 yaşlı Mixail Qorbaçovu illər dəyişə bilməsə də, o tarixdə çox şeyləri dəyişə bilib.Zaman hələ gənclik illərindən Almaniya kansleri Angela Merkelin xeyrinə işləyib. Gənc yaşlarından siyasi fəallığı ilə fərqlənən Merkel Almaniyanın ilk xanım kansleridir. 60 yaşlı xanım siyasətçi öz fəallığı ilə gənc siyasətçilərdən heç də geri qalmır.Gənclik illərində daha çox qayğıkeş insan təəssüratı yaradan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi illər çox dəyişib. Öz ölkəsinin qayğısına qala bilməyən 64 yaşlı eks prezident hazırda Rusiyada yaşayır.Rusiya Federasiyasının sabiq prezidenti, hazırkı baş nazir, 49 yaşlı Dmitri Medvedev saç düzümündə bir az dəyişiklik etsə gənclik illərindən çox da fərqlənməz.Fransanın sabiq prezidenti 59 yaşlı Nikola Sarkozininin çılğınlığına, gənclik eşqinə illər hələ də mane ola bilmir.Rusiyanın sabiq prezidenti Boris Yeltsini siyasi mübarizələr çox tez qocaltdı. 40 dərəcənin istisi isə onun ölümünü daha da tezləşdirdi.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol