• $
  • €
  • ₽
  • ₺
  • £

İranla bağlı dəhşətə gələcəyiniz yeni faktlar: 13 yaşlı qızlar...

İranla bağlı dəhşətə gələcəyiniz yeni faktlar: 13 yaşlı qızlar...
06.12.2018 11:46
"İranda fahişəliyin yaşı cavanlaşaraq 13-ə enib”.

Publika.az xəbər verir ki, bu barədə İran Mədəni İnqilab Şurası sədrinin ailə və qadın məsələləri üzrə müavini Firiştə Ruhəfza deyib.

F.Ruhəfza jurnalistlərə açıqlamasında ölkədə gənclər arasında yaşanan cinsi böhrandan, ata evindən qaçan yeniyetmə qızlardan və fahişəliyin sürətlə cavanlaşmasından danışıb.

Müavin bildirib ki, İranda yaşanan dərin ictimai böhranlar ucbatından müxtəlif səbəblərə görə ata evindən qaçan gənc qızların sayı getdikcə artır: "Ata evindən qaçan qızların əksəriyyəti 13-15 yaşlarında olanlardır. Bu barədə statistik rəqəmlər mövcuddur. Lakin yaxşısı budur ki, bu rəqəmlər açıqlanmasın. Belə bir narahatlıq var ki, rəqəmlərin açıqlanması bu yaşlarda olan digər qızları da eyni addım atmağa cəsarətləndirə bilər. Statistik rəqəmlərin də göstərdiyi kimi, İranda fahişəliyin yaşı cavanlaşaraq, hazırda 13-ə enib. Qız və oğlanların bir-biri ilə tanış olması yaşı da xeyli aşağı düşüb və artıq onlar ibtidai məktəb yaşlarından bir-biri ilə tanış olur, dostluq edirlər. 13 yaşına çatan qızlar cinsi məsələləri tam başa düşür, bu kimi mövzularla maraqlanmağa başlayırlar. Bu maraqlanma isə, onlarda əks cins nümayəndələri ilə tanış olmaq və cinsi baxımdan öz ehtiyaclarını təmin etmək məsələsinin ortaya çıxmasına səbəb olur”.

Sədr müavini qeyd edib ki, bu gün televiziyada, mediada, internet saytlarında, xüsusən, sosial şəbəkələrdə cinsi məsələlərlə bağlı mövzuların paylaşımı geniş vüsət alıb: "Bu isə gənc qızların bu kimi mövzularla maraqlanmasına, onların cinsi əlaqəyə olan ehtiyac və hislərinin oyanmasına və bununla bağlı böhran yaşamasına səbəb olur. Məhz buna görə də, hesab edirəm ki, hökumət qurumlarının bu sahələrə olan nəzarəti gücləndirilməlidir. Vəziyyət belə olduğu bir halda, düşünürəm ki, hökumət evlənmə problemləri ilə bağlı mövcud maneələri aradan qaldırmalı, ölkə parlamenti isə, gənclərin evliliyini asanlaşdıran qanunlar qəbul etməlidir”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol