• $
  • €
  • ₽
  • ₺
  • £

Nikol Paşinyan rəqiblərini parlamentə buraxmadı - Ermənistanda seçkilərin nəticələri elan olundu

Nikol Paşinyan rəqiblərini parlamentə buraxmadı - Ermənistanda seçkilərin nəticələri elan olundu
10.12.2018 09:45
Ermənistan Mərkəzi Seçki Komissiyası dekabrın 10-u səhər saat 07.30-dək ölkəboyu 2010 seçki məntəqəsindən daxil olmuş səsvermə bülletenlərinin 100%-ni hesabalyaıb. 

Modern.az saytı "News.am”a istinadən xəbər verir ki, 9 dekabr tarixində keçirilmiş erkən parlament seçkilərinin nəticələrinə görə, hazırkı baş nazir səlahiyyətlərinin icra edən Nikol Paşinyanın "Mənim addımım” bloku 70.43 faizlə (884456 səs) qalib gəlib.

Seçkilərdə ikinci yeri 8.27 faizlə (103824 səs) "Çiçəklənən Ermənistan" partiyasının lideri (Qaqik Ttsarukyan) tutub.

Edmon Marukyanın lideri olduğu "İşıqlı Ermənistan" partiyası isə səslərin 6.37 faizini (80024 səs) toplamaqla üçüncü olub.  Qeyd edək ki, hər iki partiya Nikol Paşinyanın müttəfiqidir.

Siyasi qüvvələrin qalan hissəsi parlamentin 7-ci çağırışına tələb olunan baryeri aşa bilməyib.

 

Beləliklə, qarşıdakı 5 illiyə seçilən yeni parlamentdə yalnız Nikol Paşinyanın seçki bloku və onun "məxməri inqilab”dakı müttəfiqləri yer alacaqlar.

Ancaq Konstitusiyaya görə, parlament yerlərinin 1/3-i müxalifət deputatlarının olmalıdır. Bu səbəbdən də "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarının parlamentdə özlərini konstruktiv müxalifət elan edəcəklərini gözləmək lazımdır. 

Seçkilərin nəticələri rəsmən aşağıdakı kimi elan olunub:


Parlamentdə yer alacaq siyasi qüvvələr:

"Mənim addımım" bloku - 70,43% (884456)
"Çiçəklənən  Ermənistan" partiyası - 8,27% (103824) 
"İşıqlı Ermənistan" partiyası - 6,37% (80024)

5-7 fazilik baryeri aşa bilməyənlər


"Ermənistan Respublika Partiyası" - 4,7% (59059).
"Ermənistan İnqilabçı Federasiyası" (Daşnaksütyun) partiyası - 3,89% (48811)
"Biz" bloku - 2% (25174)
"Milli proqres" partiyası - 0,33% (4122)
"Sasna Tzrer" partiyası - 1,82% (22862)
"Vətəndaş qərarı" partiyası - 0,68% (8530)
"Xristian-Milli Dirçəliş" partiyası - 0,51% (6456)
"Orinat Yerkir" partiyası - 0,99% (12389)



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Dünya 23:52
Trampın keçmiş müşaviri Zelenskini istefaya çağırıb
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Dünya 21:39
Fransada iğtişaşlarla bağlı saxlanılanların sayı 2 700-ə çatıb
Çində 7 maqnitudalı zəlzələ olub
Dünya 19:30
Çində 7 maqnitudalı zəlzələ olub
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Dünya 18:30
Albaniya parlamentində deputatlar arasında dava düşüb
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Dünya 15:56
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Dünya 14:19
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
Dünya 13:41
Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Dünya 23:45
ABŞ Yaxın Şərqdəki səfirlik əməkdaşlarının bir hissəsini təxliyə etməyə hazırlaşır
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Dünya 21:41
Özbəkistanda latın qrafikalı əlifbanın təkmilləşdirilməsi haqqında qanun imzalanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol